Bakı S., N.Nərimanov r., Əhməd Rəcəbli küç.,“Yusif” Plaza 7-ci mərtəbə +994 55 743 23 33 , +994 50 241 42 89 office@univent.az

Elektri̇ka və avtomati̇ka

İstifadə sahəsinə görə elektrik enerjisi lazım olan yerlərdə və istifadə sahəsinin özəllikləri əsasında uyğun açar, rozet, avtomat kimi və s. istifadə olunaraq hazırlanan sistem elektrik təchizatı sistemi adlanır. Kabellərin en kəsik sahəsi, yüksəkliyi, və keçəcəyi nöqtələr layihə əsasında dəqiqləşdirilməlidir. Elektrik təchizat sistemlərində buraxıla biləcək kiçik bir xəta yanğına, insan sağlığı üçün təhlükəli nəticələrə və.s yol aça bilər. Bütün bunları nəzərə alaraq və elektrik təchizatı sistemlərinin, layihələndirilməsi, quraşdırılması və servisi olduqca məsuliyyətli və ciddi bir iş olduğundan bu səhədə professionallıq mütləqdir .

Beynəlxalq termində BMS (Bulding Management Systems) kimi tanınan, bina və bina qruplarındakı isitmə qazanları, klima santralları, soyutma qrupları və.s mexaniki cihazların avtomatik idarəetməsini, izləməsini və işləməsini həyata keçirə bilən sistemlərin mərkəzləşdirilməsidir.

Keçmişdə sistemdə baş vermiş xətalara görə çıxarılmış qeydiyyatlar, sistemdə baş verən xətalar və xəbərdarlıq siqnallarından anında xəbər tutulması, təmiri və servisi asanlaşdırır. Düzgün dizayn edilmiş bir sistem, qənaət etdiyi enerji və iş gücü ilə qoyulmuş maliyyəti 2-3 ildə çıxara bilir.

Şirkətimiz, qurulduğu andan etibarən daim müasirləşən və professionallaşan bir şirkət kimi tanınmışdır. “UNİVENT” MMC olaraq iş sektorunda; Layihələndirmə, Quraşdırma və Servis xidmətləri göstərməklə bu sahədə də bir çox layihələrə imza atmışıq. Təcrübəli, çalışqan və dinamik mühəndis və texniki heyyətimizlə birgə müasir standartları və müştərilərin tələblərini əsas götürərək istənilən layihəni tam həyata keçirməyə qadirik.

© 2025 Univent.az. Bütün hüquqlar qorunur.