Yanğın hər kəsin ümumi qorxusudur. Binanızda baş verə biləcək yanğın həm sizin, həm də yaxınlarınızın həyatına aiddir. Bu, insana həm maddi, həm də mənəvi zərər verir. Buna görə yanğına qarşı tədbir görülməlidir. Yanğına qarşı bir çox ehtiyat tədbirləri var. Bunlara yanğınsöndürmə sistemləri aiddir. Avtomatik yanğınsöndürmə sistemləri növbə etibarilə lokal və mərkəzləşdirilmiş olur. Yanğınsöndürmə sistemi iş prinsipinə görə sprinkler və drençer növünə görə təsnifləndirilir. Yanğın söndürmə qaydasına görə isə - odsöndürən qarışığın fiziki xassələri və kimyəvi tərkibi ilə fərqlənirlər. Sprinkler sistemi qədim yanğınsöndürmə sistemlərindən biridir, lakin bu gün də geniş istifadə olunur. İlk dəfə sprinkler sistemi 18-ci əsrin ikinci yarısında istifadə edilmişdir. Sonralar müxtəlif təkamülləri keçib indiki vəziyyətinə çatıb. 1985-ci ildən bu yana sprinklər sistemi otellərdə, biznes mərkəzlərində, ticarət mərkəzlərində, fabriklərdə, kimyəvi istehsalatda və yağ zavodlarında geniş istifadə olunur.
Sprinkler sistemi aşağıdakı kimi işləyir. Yanğının meydana gəlməsi oksigen, istilik və yanan materialın birləşməsindən qaynaqlanır. Yanğını söndürmək üçün bu üç təsiredicidən birini aradan qaldırmaq və ya digərlərindən ayırmaq kifayətdir. Yağ və elektrik yanğınları istisna olmaqla, digər yanğınlarda məkanda istiliyi azaltmaq, yəni ətrafı sərinlətmək və ya məkandan oksigeni çıxarmaq yetərlidir. Bu iki effekti ən optimal şəkildə əldə edə bilən sistem sprinklər sistemidir.
Sprinkler sistemi 6 əsas növə bölünür:
Şirkətimiz hər bir obyektin xüsusiyyətlərini və yönümünü, texniki və iqtisadi hesablamaları nəzərə alaraq, bütün sistemlərin layihələndirilməsini və quraşdırılmasını həyata keçirir. Biz hər hansı bir sistemin zəmanətdən sonrakı xidməti, servisi və reqlamentli xidməti üzrə, o cümlədən, başqa təşkilat tərəfindən yerinə yetirilmiş işlər üzrə müqavilələr bağlamağa hazırıq.
Bakı S., N.Nərimanov r., Əhməd Rəcəbli küç.,“Yusif” Plaza 7-ci mərtəbə
office@univent.az
+994 55 743 23 33
© 2025 Univent.az. Bütün hüquqlar qorunur.